https://news.day.az/azerinews/1817724.html "Qarabağ"ın "Nyukasl"la səfər oyununu tanınmış hakim idarə edəcək UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb. Day.Az-ın məlumatına görə, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq.

"Qarabağ"ın "Nyukasl"la səfər oyununu tanınmış hakim idarə edəcək

Azərbaycanca, 22 февраля 2026 15:37 (UTC +04:00) 400
"Qarabağ"ın "Nyukasl"la səfər oyununu tanınmış hakim idarə edəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.

Day.Az-ın məlumatına görə, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək.

VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda təşkil olunacaq "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости