Azərbaycan mina təhlükəsinə qarşı mübarizədə öhdəliyini bir daha təsdiqləyib
4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsizliyi üzrə Yardım Günündə Azərbaycan minaların ağır humanitar nəticələrinin aradan qaldırılmasına dair qətiyyətli mövqeyini bir daha bəyan edib.
Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, ölkədə mina və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda, yenidənqurma işlərinə mane olmaqda və köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirməkdə davam edir.
Qeyd olunub ki, Azərbaycan mina çirklənməsindən ən çox zərər görən ölkələr sırasındadır.
Nazirlik beynəlxalq ictimaiyyəti minaların təmizlənməsi və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində humanitar səylərə dəstəyi artırmağa çağırıb.
Həmçinin vurğulanıb ki, minasız gələcək davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре