https://news.day.az/azerinews/1826203.html Qusarda yol ikiyə bölündü - VİDEO Qusar rayonu ərazisində yerləşən Həzrə-Sudur avtomobil yolunun təqribən 14-cü kilometrliyində yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları yolun bir hissəsini yuyaraq yararsız vəziyyətə salıb. Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qusarda yol ikiyə bölündü - VİDEO

Azərbaycanca, 6 апреля 2026 16:20 (UTC +04:00) 332
Qusarda yol ikiyə bölündü

Qusar rayonu ərazisində yerləşən Həzrə-Sudur avtomobil yolunun təqribən 14-cü kilometrliyində yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları yolun bir hissəsini yuyaraq yararsız vəziyyətə salıb.

Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hadisə baş verən kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunmuş, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülmüş, ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülmüşdür.

Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir. Ərazi nəzarətdə saxlanılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости