İssık-Kul: Qırğızıstanın insanı yenidən qayıtmağa sövq edən müqəddəs gölü - FOTO - VİDEO
Mənbə: Trend
Üfüqədək uzanan sonsuz su səthi, sərin dağ havası və ətrafı əhatə edən əzəmətli Tyan-Şan silsilələri - Qırğızıstan tərəfinin təşkil etdiyi media-tur çərçivəsində azərbaycanlı jurnalistlər İssık-Kul gölünü məhz belə gördülər.
İssık-Kul təsadüfi olaraq Qırğızıstanın ən möhtəşəm təbiət incilərindən biri hesab edilmir. Qırğız xalqı bu gölü əsrlər boyu müqəddəs məkan kimi qəbul edib. Rəvayətlərə görə, XIX əsrin sonlarına qədər yerli sakinlər burada çimmirdilər. Onlar gölün sahilinə yalnız üzlərini yumaq, dua etmək və müqəddəs saydıqları gölü ehtiramla ziyarət etmək üçün gəlirdilər. Tarixçilərin fikrincə, burada çimmək ənənəsi yalnız bölgəyə rusların köçürülməsindən sonra formalaşıb.
İssık-Kulun Qırğızıstanın ən möhtəşəm təbiət incilərindən biri hesab edilməyi təsadüfi deyil. Qırğız xalqı bu gölü əsrlər boyu müqəddəs məkan kimi qəbul edib. Rəvayətlərə görə, XIX əsrin sonlarına qədər yerli sakinlər burada çimmirdilər. Onlar gölün sahilinə yalnız üzlərini yumaq, dua etmək və müqəddəs saydıqları gölü ehtiramla ziyarət etmək üçün gəlirdilər. Tarixçilərin fikrincə, burada çimmək ənənəsi yalnız bölgəyə rusların köçürülməsindən sonra formalaşıb.
İssık-Kul yüksək dağlarda yerləşməsinə baxmayaraq, heç vaxt donmur. Məhz buna görə də onun adı "isti göl" kimi tərcümə olunur. Lakin buradakı "isti" sözü heç də suyun isti olması demək deyil. Yayın ən qızmar günlərində belə gölün suyu sərin, təravətləndirici və canlandırıcı qalır. Xəzər dənizinin nisbətən isti sularına öyrəşənlər üçün İssık-Kölün suyu daha soyuq təsir bağışlaya bilər. Ancaq məhz bu təravət burada çimməyi xüsusilə xoş edir.
Əsas turizm mövsümü iyul və avqust aylarına təsadüf edir. Son illərdə havaların daha isti keçməsi səbəbindən ilk turistlər artıq may ayında gəlməyə başlayırlar. Bununla belə, həmin dövrdə su hələ də kifayət qədər sərin olur.
İssık-Kul təkcə mənzərələri ilə deyil, həm də özünəməxsus təbii xüsusiyyətləri ilə valeh edir. Göl 170-dən çox çay və çoxsaylı yeraltı bulaqlar hesabına qidalanır, lakin ondan heç bir çay axmır. Məhz bu xüsusiyyət burada xüsusi qayğı tələb edən unikal ekosistemin formalaşmasına şərait yaradıb.
Göllə bağlı çoxsaylı maraqlı rəvayətlər də mövcuddur. Onlardan ən məşhurlarından biri İlf və Petrovun "On iki stul" romanında təsvir olunub. Əfsanəyə görə, gözəl bir qızın ürəyi İssık-Kulun sularını isidib. Yerli sakinlər isə bildirirlər ki, gölün əsas möcüzəsi əfsanələr deyil, suyun səmanın rəngindən asılı olaraq firuzəyidən tünd maviyə qədər müxtəlif çalarlara bürünməsidir.
Qırğızıstanda İssık-Kulun təbiətinin qorunmasına xüsusi önəm verilir. Prezidentin təşəbbüsü ilə mütəmadi olaraq brakonyerlərə qarşı reydlər keçirilir, bu zaman göldən qanunsuz quraşdırılmış balıq torları çıxarılır. Bildirilir ki, dövlət başçısı da belə ekoloji aksiyalarda şəxsən iştirak edir.
Unikal ekosistemin mühafizəsi məqsədilə bir sıra məhdudiyyətlər tətbiq olunub. Avtomobillərlə birbaşa sahil zolağına yaxınlaşmaq, gölün yaxınlığında nəqliyyat vasitələrini yumaq və ev heyvanlarını çimizdirmək qadağandır. Bundan başqa, hakimiyyət plastik paketlərdən və ətraf mühiti çirkləndirən digər materiallardan istifadənin mərhələli şəkildə azaldılması istiqamətində tədbirlər görür.
Eyni zamanda, yerli balıq növlərinin populyasiyasının bərpasına yönəlmiş proqramlar həyata keçirilir. Bəzi növlərin sənaye məqsədli ovuna moratorium tətbiq edilib. Mütəxəssislərin sözlərinə görə, İssık-Kulun rəmzlərindən biri hesab olunan məşhur issık-kul çebaçoku balığının sayı tədricən bərpa olunur.
Media-tur iştirakçıları üçün İssık-Kullə tanışlıq toxunulmamış təbiətin, zəngin tarixin və ətraf mühitə qayğıkeş münasibətin xüsusi ab-hava yaratdığı bir məkana yaxından şahidlik etmək imkanı oldu. Bu göldə insan sadəcə gözəl şəkillər çəkmək deyil, bir qədər də çox qalmaq, saf dağ havasını ciyərlərinə çəkmək və Mərkəzi Asiyanın ən məşhur göllərindən birinin şəffaf, sərin sularına heç olmasa bir dəfə baş vurmaq istəyir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре