https://news.day.az/azerinews/1850167.html Si Cinpin Qırğızıstana səfər edəcək Çin Xalq Respublikasının rəhbəri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak etmək məqsədilə 31 avqust - 1 sentyabr tarixlərində Qırğızıstana rəsmi səfər edəcək.

Si Cinpin Qırğızıstana səfər edəcək

Azərbaycanca, 25 июля 2026 10:44 (UTC +04:00) 286
Si Cinpin Qırğızıstana səfər edəcək

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak etmək məqsədilə 31 avqust - 1 sentyabr tarixlərində Qırğızıstana rəsmi səfər edəcək.

Day.Az xəbər verir ki, bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev çinli həmkarı Van İ ilə Çolpon-Atada keçirdiyi görüşdə bildirib.

Nazirin sözlərinə görə, son illərdə Qırğızıstan və Çin arasında münasibətlər bərabərhüquqluluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında davamlı inkişaf edir. O qeyd edib ki, iki ölkə arasında siyasi fikir ayrılığı yoxdur və ən yüksək səviyyədə müntəzəm təmaslar artıq xoş bir ənənəyə çevrilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости