Rumıniya Rusiyalı diplomatı ölkədən çıxarır

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağıraraq Rusiya diplomatik missiyasının əməkdaşlarından birini "arzuolunmaz şəxs" (persona-non-qrata) elan edib.

"Reuters"in məlumatına görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında bildirilib.

Rumıniya XİN-in məlumatına görə, Rusiyanın səfiri xarici işlər nazirinin tapşırığı ilə nazirliyə çağırılıb.

 

Buna səbəb 24-26 iyul tarixlərində Rumıniyanın hava məkanının dəfələrlə pozulması və ölkə ərazisinə pilotsuz uçuş aparatlarının düşməsi olub.

Konkret olaraq hansı diplomatın "arzuolunmaz şəxs" elan edildiyi qeyd olunmur.