https://news.day.az/azerinews/1851944.html İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi 2026-cı ilin ilk yarımilində qarşısı alınan erkən evliliklərin sayı məlum olub. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, erkən evliliklə bağlı cari ilin ilk 6 ayı ərzində 13 müraciət daxil olub.

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Azərbaycanca, 4 августа 2026 10:24 (UTC +04:00) 139
İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb?

2026-cı ilin ilk yarımilində qarşısı alınan erkən evliliklərin sayı məlum olub.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, erkən evliliklə bağlı cari ilin ilk 6 ayı ərzində 13 müraciət daxil olub.

"Aparılan işlərin nəticəsində 11 erkən evliliyin qarşısı alınıb", - komitənin məlumatında bildirilib.

 

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il 41 erken evlilik faktının qarşısı alınmışdı.

Belə ki, 2025-ci ildə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırma aparılıb.

Məlumata görə, aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости