https://news.day.az/azerinews/1852058.html Husilər Səudiyyə Ərəbistanının aeroportuna hücum edib Yəməndəki husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran hava limanına zərbələr endirib. Day.Az xəbər verir ki, "Ənsar-Allah" hərəkatının rəsmi "Telegram" kanalında yayılan məlumata görə, hücum zamanı pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

Husilər Səudiyyə Ərəbistanının aeroportuna hücum edib

Azərbaycanca, 4 августа 2026 15:59 (UTC +04:00) 132
Husilər Səudiyyə Ərəbistanının aeroportuna hücum edib

Yəməndəki husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran hava limanına zərbələr endirib.

Day.Az xəbər verir ki, "Ənsar-Allah" hərəkatının rəsmi "Telegram" kanalında yayılan məlumata görə, hücum zamanı pilotsuz uçuş aparatından (PUA) istifadə olunub.

Husilərin iddiasına görə, zərbə Səudiyyə Ərəbistanının Səədə və Həccə vilayətlərində pilotsuz uçuş aparatlarından istifadə etməklə Yəmənin hava məkanını pozmasına cavab olaraq endirilib.

"Bəyan edirik ki, hava məkanımızın istənilən pozuntusu cavabsız qalmayacaq", - deyə bəyanatda vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости