https://news.day.az/azerinews/1852520.html Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb - FOTO Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovla görüşüb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanca, 6 августа 2026 20:39 (UTC +04:00) 289
Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovla görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları müsbət qiymətləndirərək bunun ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyini vurğulayıblar.

Qeyd olunub ki, görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər, həmçinin inkişaf edən regional və beynəlxalq təhlükəsizlik mühiti, mövcud geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələrdə davamlı dialoq və praktiki əməkdaşlığın əhəmiyyəti bir daha təsdiqlənib.

  • Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости