https://news.day.az/azerinews/1852530.html Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb - FOTO Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşüb. Bu barədə Ceyhun Bayramov "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb - FOTO

Azərbaycanca, 6 августа 2026 21:42 (UTC +04:00) 141
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşüb.

Bu barədə Ceyhun Bayramov "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Ukraynaya rəsmi səfərim çərçivəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşməkdən məmnun oldum.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri barədə məzmunlu fikir mübadiləsi apardıq.

Beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qorunmasının vacibliyini bir daha təsdiqlədik, həmçinin regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın əhəmiyyətini vurğuladıq", - deyə nazir paylaşımında qeyd edib.

  • Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости