https://news.day.az/azerinews/1853169.html Səudiyyə Ərəbistanında mebel fabrikində yanğın - 16 miqrant həlak olub Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən mebel fabrikində baş vermiş yanğın nəticəsində Banqladeşdən olan azı 16 əmək miqrantı həlak olub. Bu barədə "The Arab Weekly" xəbər portalı Banqladeşin Xaricdəki Əmək Mühacirlərinin Rifahı və Məşğulluğu Nazirliyinə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanında mebel fabrikində yanğın - 16 miqrant həlak olub

Azərbaycanca, 10 августа 2026 18:27 (UTC +04:00) 191
Səudiyyə Ərəbistanında mebel fabrikində yanğın

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən mebel fabrikində baş vermiş yanğın nəticəsində Banqladeşdən olan azı 16 əmək miqrantı həlak olub.

Bu barədə "The Arab Weekly" xəbər portalı Banqladeşin Xaricdəki Əmək Mühacirlərinin Rifahı və Məşğulluğu Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, yanğın avqustun 9-da Ər-Riyadda Musa-Sənaiya sənaye zonasında yerləşən mebel istehsalı müəssisəsində baş verib. Banqladeş səfirliyi ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və cəsədlərinin mümkün qədər tez vətənə repatriasiyası üçün krallığın hakimiyyət orqanları ilə daim əlaqə saxlayır.

Respublika hökuməti, həmçinin həlak olanların ailələrinə maliyyə yardımı göstərilməsi barədə göstəriş verib. Yanğının səbəbləri hələlik müəyyən edilməyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости