https://news.day.az/azerinews/1854161.html BƏƏ İrandan hücumları dayandırmağı və Hörmüz boğazını qeyd-şərtsiz açmağı tələb edib Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını qətiyyətlə pisləyib. Day.Az xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında bildirilib.

BƏƏ İrandan hücumları dayandırmağı və Hörmüz boğazını qeyd-şərtsiz açmağı tələb edib

Azərbaycanca, 15 августа 2026 18:13 (UTC +04:00) 127
BƏƏ İrandan hücumları dayandırmağı və Hörmüz boğazını qeyd-şərtsiz açmağı tələb edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını qətiyyətlə pisləyib.

Day.Az xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında bildirilib.

BƏƏ XİN gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmiçiliyini hədəfə almaq və Hörmüz boğazından iqtisadi təzyiq və ya hədə-qorxu tətbiq etmək üçün bir vasitə kimi istifadə etmək hərəkətinin dəniz piratçılığı təşkil etdiyi vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости