https://news.day.az/azerinews/1854250.html Yunanıstanda meşə yanğınları davam edir Yunanıstanın İskiri adasında ötən gün başlayan meşə yanğını ikinci gündür davam edir. APA-nın yerli mediaya istinadən məlumatına görə, yanğın adanın Atsitsa bölgəsində yerli vaxtla saat 16:00 radələrində başlayıb.

Yunanıstanda meşə yanğınları davam edir

Azərbaycanca, 16 августа 2026 14:41 (UTC +04:00) 120
Yunanıstanda meşə yanğınları davam edir

Yunanıstanın İskiri adasında ötən gün başlayan meşə yanğını ikinci gündür davam edir.

APA-nın yerli mediaya istinadən məlumatına görə, yanğın adanın Atsitsa bölgəsində yerli vaxtla saat 16:00 radələrində başlayıb. Yanğınsöndürənlər gecə boyu qurudan müdaxilə edib, səhər saatlarından etibarən isə havadan söndürmə əməliyyatlarına başlanılıb.

Əraziyə 4 yanğınsöndürən təyyarə və 2 helikopter cəlb edilib. Bundan əlavə, adaya digər bölgələrdən də əlavə yanğınsöndürmə qüvvələri göndərilib.

Bu arada Andros adasında da səhər saatlarında meşə yanğını başlayıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости