https://news.day.az/azerinews/1856251.html Pyotr Qlıboçko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı.

Pyotr Qlıboçko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Azərbaycanca, 27 августа 2026 11:05 (UTC +04:00) 155
Pyotr Qlıboçko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Doğma Vətəninin əsl vətənpərvəri, böyük hərflə yazılan həkim, dünyanı yaxşılığa doğru dəyişmək bacarığına malik əsl passionar kimi Siz hər zaman insanların rifahı naminə çalışır, tibbin, elmin, ali təhsilin və dövləti fəaliyyətin yüksək ideallarına xidmət edirsiniz.

Siz peşəkar yolunuza Seçenov Universitetinin divarları arasından başlayaraq, alma-materinizə sadiq qalırsınız. Sizin qətiyyətiniz, müdrikliyiniz və fəal mövqeyiniz sayəsində artıq bir neçə nəsil gənc mütəxəssis, - Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları, - Azərbaycanın səhiyyə sistemində çalışır və ölkədə gələcəyin səhiyyəsini formalaşdırırlar.

Qoy növbəti il Sizə yeni peşəkar qələbələr və bütün təşəbbüslərinizdə uğurlar gətirsin.

Sizə işlərinizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости