https://news.day.az/azerinews/1856780.html
Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb - VİDEO
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində təxminən 260 sərnişin daşıyan bərə batıb. AZƏRTAC xəbər verir ki, hadisə Girne şəhəri sahillərindən təxminən 4 mil aralıda baş verib. Şimali Kipr Türk Respublikasının ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb - VİDEO
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində təxminən 260 sərnişin daşıyan bərə batıb.
AZƏRTAC xəbər verir ki, hadisə Girne şəhəri sahillərindən təxminən 4 mil aralıda baş verib.
Şimali Kipr Türk Respublikasının ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
"Günorta saatlarında Girne limanından yola düşən gəmi su alaraq yan tərəfə aşıb. Xilasetmə əməliyyatında sahil mühafizəsi qrupları və mülki müdafiə heyəti iştirak edir. Yüksək dalğalar vəziyyəti çətinləşdirir. Tələfatın qarşısını almaq üçün əlimizdən gələni edirik", - deyə nazir bildirib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре