https://news.day.az/azerinews/1856875.html Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodina Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Əziz Mehriban xanım. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Azərbaycanca, 31 августа 2026 11:08 (UTC +04:00) 282
Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodina Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Əziz Mehriban xanım.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin fəal həyat mövqeyiniz və enerjiniz məqsədə doğru yorulmadan irəliləməyə, uğurlar qazanmağa imkan verir. Siz Azərbaycanın haqlı olaraq fəxr edə biləcəyi xanımsınız. Hər zaman hər cəhətdən belə cazibədar və gözəl qalın.

Sizə və gözəl ailənizə cansağlığı, uzun ömür, xoşbəxtlik, uğurlar, sevimli Azərbaycana isə daim firavanlıq və əmin-amanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости