https://news.day.az/azerinews/1857061.html Azərbaycanda məhkəmə ekspertizası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcək Azərbaycanda məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və ekspert rəylərinin etibarlılığının artırılması istiqamətində yeni tədbirlər həyata keçiriləcək.

Azərbaycanda məhkəmə ekspertizası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcək

Azərbaycanca, 1 сентября 2026 10:58 (UTC +04:00) 219
Azərbaycanda məhkəmə ekspertizası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcək

Azərbaycanda məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və ekspert rəylərinin etibarlılığının artırılması istiqamətində yeni tədbirlər həyata keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya" ilə bağlı yaydığı məlumatda bildirilib.

Konsepsiya çərçivəsində məhkəmə ekspertizası sahəsində dövlət standartlarının hazırlanması, sınaq laboratoriyalarının akkreditasiyadan keçirilməsi, həmçinin məhkəmə ekspertizası idarələrinin keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bundan əlavə, məhkəmə ekspertizası fəaliyyətində vahid yanaşmanın formalaşdırılması planlaşdırılır.

Əsas məqsəd ekspert rəylərinin etibarlılığını və obyektivliyini daha da artırmaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2026-2030-cu illər üçün Konsepsiya məhkəmə ekspertizası sahəsində standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin tətbiqini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir.

Bu çərçivədə 2026-cı ildə "Məhkəmə ekspertizaları" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 57) yaradılıb. Komitənin fəaliyyətinə məhkəmə ekspertizası sahəsində tətbiq olunan beynəlxalq standartların təhlili və dövlət standartları layihələrinin hazırlanması daxildir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости