https://news.day.az/azerinews/1857286.html Bu tələbələrə 2 min manat mükafat veriləcək YAŞAT Fondu 2026-2027-ci tədris ilində ali məktəblərə qəbul olunan şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 000 manat məbləğində tələbə mükafatı verəcək. Day.Az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bu tələbələrə 2 min manat mükafat veriləcək

Azərbaycanca, 2 сентября 2026 11:11 (UTC +04:00) 249
Bu tələbələrə 2 min manat mükafat veriləcək

YAŞAT Fondu 2026-2027-ci tədris ilində ali məktəblərə qəbul olunan şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 000 manat məbləğində tələbə mükafatı verəcək.

Day.Az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, mükafatla bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yeni tələbə adını qazanan şəxslərlə görüşüb.

Mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Mükafat üçün DİM-in qəbul imtahanında ən azı 400 bal, subbakalavr pilləsində isə ən azı 90 bal toplayaraq ali məktəbə qəbul olan şəxslər müraciət edə bilərlər. Həmçinin dünya reytinqində ilk 1 000-likdə yer alan universitetlərə qəbul olunan şəxslər də mükafatdan yararlana biləcəklər.

Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2026-cı ildir.

Qeyd edək ki, YAŞAT Fondu əvvəlki illərdə də ali məktəblərə qəbul olunan şəhid ailəsi üzvləri və müharibə əlillərinə tələbə mükafatı təqdim edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости