https://news.day.az/azerinews/1857580.html Türkiyədə Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində "prezidenti təhqir etmək" ittihamı ilə Ankara Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb. Day.Az xəbər verir ki, buna səbəb siyasətçinin 14 aprel 2022-ci ildə səsləndirdiyi fikirlər olub.

Türkiyədə Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb

Azərbaycanca, 3 сентября 2026 15:57 (UTC +04:00) 277
Türkiyədə Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində "prezidenti təhqir etmək" ittihamı ilə Ankara Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.

Day.Az xəbər verir ki, buna səbəb siyasətçinin 14 aprel 2022-ci ildə səsləndirdiyi fikirlər olub. Bildirilib ki, bir neçə il sonra həmin açıqlamalara dair paylaşımlar sosial şəbəkələrdə yenidən geniş şəkildə yayılıb və bundan sonra prokurorluq araşdırmaya başlayıb.

Qeyd edək ki, Davudoğlu 29 iyul 2026-cı ildə siyasi karyerasını başa vurduğunu elan edib. 2014 -2016-cı illərdə Türkiyənin baş naziri, 2009-2014-cü illərdə isə Türkiyənin xarici işlər naziri vəzifələrini tutub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости