https://news.day.az/azerinews/1859634.html Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub Yunanıstan bu ilin ilk yarısında əhalinin sayına nisbətdə sığınacaq müraciətlərinin həcminə görə Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstəricini qeydə alıb. AZƏRTAC xəbər verir ki, "Kathimerini" nəşrinin məlumatına görə, ilin ilk 6 ayında Yunanıstanda təxminən 23 min beynəlxalq müdafiə müraciəti qeydə alınıb.

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Azərbaycanca, 12 сентября 2026 17:46 (UTC +04:00) 141
Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Yunanıstan bu ilin ilk yarısında əhalinin sayına nisbətdə sığınacaq müraciətlərinin həcminə görə Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək göstəricini qeydə alıb.

AZƏRTAC xəbər verir ki, "Kathimerini" nəşrinin məlumatına görə, ilin ilk 6 ayında Yunanıstanda təxminən 23 min beynəlxalq müdafiə müraciəti qeydə alınıb.

Hesablamalara əsasən, bu, hər 1 milyon əhaliyə 2254 müraciət deməkdir. Başqa sözlə, ölkədə təxminən hər 444 sakinə bir sığınacaq müraciəti düşüb. Aİ+ ölkələri üzrə orta göstərici isə hər milyon nəfərə təxminən 710 müraciət təşkil edib.

Beləliklə, Yunanıstanın əhalinin sayına nisbətdə qəbul etdiyi müraciətlərin səviyyəsi Avropa orta göstəricisindən 3 dəfədən çox yüksək olub. Ölkənin Aralıq dənizi miqrasiya marşrutlarının əsas giriş nöqtələrindən biri olması bu göstəriciyə təsir edən başlıca amillərdən sayılır.

Yunanıstan uzun illərdir Aİ-yə qeyri-qanuni miqrasiya və sığınacaq axınının əsas istiqamətlərindən biridir. Miqrasiya axınının yüksək səviyyədə qalması qəbul mərkəzlərinin imkanları, müraciətlərə baxılma müddəti, sərhəd təhlükəsizliyi və Aİ daxilində məsuliyyətin bölüşdürülməsi məsələlərini yenidən gündəmə gətirir.

Yunanıstan hökuməti Aİ-nin xarici sərhədlərində yerləşən dövlətlərin miqrasiya yükünün daha ədalətli bölüşdürülməsini və üzv ölkələr arasında həmrəylik mexanizmlərinin gücləndirilməsini uzun müddətdir tələb edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости