https://news.day.az/azerinews/1859704.html Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il... Türkiyədə illərdir böyük rezonans doğuran "yüksək gəlirli gizli fond" işi üzrə əsas fiqur Seçil Erzan yenidən hakim qarşısına çıxıb. Day.Az musavat.com-a istinadən bildirir ki, İstanbul 29-cu Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Seçil Erzan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...

Azərbaycanca, 13 сентября 2026 10:50 (UTC +04:00) 181
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə

Türkiyədə illərdir böyük rezonans doğuran "yüksək gəlirli gizli fond" işi üzrə əsas fiqur Seçil Erzan yenidən hakim qarşısına çıxıb.

Day.Az musavat.com-a istinadən bildirir ki, İstanbul 29-cu Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Seçil Erzan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, baş verənlərin öz iradəsindən kənar və təzyiq altında inkişaf etdiyini, zərərçəkənlərə ödəniş etmək üçün sahib olduğu əmlakı satdığını bildirib. Erzan bəraət və azadlığa buraxılmasını istəyib.

Məhkəmə isə işdə güclü cinayət şübhəsini göstərən konkret sübutların olduğunu və bu mərhələdə məhkəmə nəzarəti tədbirlərinin kifayət etməyəcəyini əsas gətirərək onun həbsdə saxlanmasına qərar verib. Növbəti məhkəmə iclası oktyabrın 9-na təyin olunub.

Seçil Erzan Türkiyədə uzun illər bank sektorunda çalışmış keçmiş bank filialı rəhbəridir. İş üzrə ittiham aktında bildirilirdi ki, o, yüksək gəlir gətirən xüsusi fondun mövcud olduğunu deyərək futbolçuları, iş adamlarını və digər şəxsləri pul yatırmağa razı salıb. İstintaq həmin fondun əslində mövcud olmadığını müəyyən edib.

İşin Türkiyədə bu qədər səs-küy yaratmasının əsas səbəblərindən biri zərərçəkənlər arasında futbol dünyasının məşhur adlarının olmasıdır. Arda Turan və Fernando Muslera da iş üzrə zərərçəkənlər sırasındadır. Arda Turanın öz ifadəsinə görə, o, Seçil Erzana ümumilikdə 13,9 milyon dollar verib, bunun 6,4 milyon dollarını geri alıb, təxminən 7,5 milyon dollarını isə həmin xanım mənimsəyib.

 

İstanbul 41-ci Ağır Cəza Məhkəməsi 1 dekabr 2025-ci ildə Erzanı 27 zərərçəkənə qarşı "ağırlaşdırılmış dələduzluq", "xüsusi sənəddə saxtakarlıq" və "etibardan sui-istifadə" cinayətlərinə görə ümumilikdə 102 il 4 ay həbs və 753 min 880 lirə məhkəmə cəriməsinə məhkum etmişdi.

Lakin İstanbul Regional Apellyasiya Məhkəməsi hökmü prosessual çatışmazlıqlar səbəbindən ləğv edib və iş yenidən baxılması üçün aşağı instansiyaya qaytarılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости