https://news.day.az/azerinews/1859985.html Yunanıstanın kosmik robotları Ay və Mars missiyaları üçün sınaqdan keçiriləcək Yunanıstanın "Space Mobility" şirkətinin hazırladığı kosmik robotlar gələcək Ay və Mars missiyalarında istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə Avropanın xüsusi sınaq kompleksində yoxlanılacaq.

Yunanıstanın kosmik robotları Ay və Mars missiyaları üçün sınaqdan keçiriləcək

Azərbaycanca, 14 сентября 2026 20:54 (UTC +04:00) 255
Yunanıstanın kosmik robotları Ay və Mars missiyaları üçün sınaqdan keçiriləcək

Yunanıstanın "Space Mobility" şirkətinin hazırladığı kosmik robotlar gələcək Ay və Mars missiyalarında istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə Avropanın xüsusi sınaq kompleksində yoxlanılacaq.

AZƏRTAC xəbər verir ki, "Kathimerini" nəşrinin məlumatına görə, sınaqlar sentyabrın 21-də Almaniyanın Köln şəhərində Avropa Kosmik Agentliyi və Almaniya Aerokosmik Mərkəzinin infrastrukturlarında keçiriləcək.

Yunanıstan şirkətinin əsas məqsədi robotların Ay səthinə bənzər şəraiti simulyasiya edən "LUNA" kimi obyektlərdə texniki imkanlarını yoxlamaqdır.

"Space Mobility" təkərli, ayaqlı və hibrid hərəkət sistemlərinə malik robot platformaları hazırlayır. Afinada çalışan tədqiqatçı qruplar tərəfindən yaradılan texnologiyalar kosmik şəraitdə hərəkət, kəşfiyyat və müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulur.

Kosmik robototexnika Ay və Marsın gələcək tədqiqində əsas texnoloji istiqamətlərdən biri hesab olunur. İnsanların göndərilməsindən əvvəl robot sistemlər ərazinin öyrənilməsi, nümunələrin toplanması, avadanlığın daşınması və infrastrukturun hazırlanması kimi işlərdə istifadə oluna bilər.

Yunanıstan şirkətinin ESA və DLR infrastrukturlarında sınaqlara çıxması ölkənin yüksək texnologiyalar və kosmik sənayedə iştirakının genişlənməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.

Avropada kosmik texnologiyalara özəl investisiyaların artması kiçik və orta innovasiya şirkətlərinə beynəlxalq layihələrdə iştirak üçün yeni imkanlar yaradır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости