https://news.day.az/azerinews/1861174.html Bakıda bir sıra avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib Bakıda aparılan yol-təmir işləri ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Day.Az xəbər verir ki, bu barədə "BakuBus" MMC-dən məlumat verilib.

Bakıda bir sıra avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Azərbaycanca, 19 сентября 2026 11:41 (UTC +04:00) 184
Bakıda bir sıra avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda aparılan yol-təmir işləri ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Day.Az xəbər verir ki, bu barədə "BakuBus" MMC-dən məlumat verilib.

Bildirilib ki, Koroğlu parkının ətrafında aparılan təmir işləri səbəbindən 3, 17, 20, 33 və 88 nömrəli marşrut xətləri Ənvər Qasımzadə küçəsindən sola - Mirəli Qaşqay küçəsinə dönərək, daha sonra mövcud hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.

Bundan başqa, 20 nömrəli marşrut xəttinin hərəkət etdiyi Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında da yol-təmir işləri aparılır.

Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti Surxay Nəcəfov küçəsi ilə təşkil edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости