https://news.day.az/azerinews/1861523.html Bu qoç 1 milyon dollara satıldı Qırğızıstanda "Araşan" cinsindən olan bir qoç 1 milyon dollara satılıb. Day.Az xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin qatıldığı beynəlxalq festival çərçivəsində böyük məbləğdə müqavilə imzalanıb.

Bu qoç 1 milyon dollara satıldı

Azərbaycanca, 21 сентября 2026 16:10 (UTC +04:00) 224
Bu qoç 1 milyon dollara satıldı

Qırğızıstanda "Araşan" cinsindən olan bir qoç 1 milyon dollara satılıb.

Day.Az xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan fermerlərin qatıldığı beynəlxalq festival çərçivəsində böyük məbləğdə müqavilə imzalanıb. Tədbir "Araşan" cinsinin inkişafına həsr olunub.

Məlumata görə, 1 milyon dollara satılan qoç 2023-cü ildə Qazaxıstandan 150 min dollara alınmış Frankel adlı qoçun nəslindəndir.

"Araşan" cinsi rəsmi olaraq 2021-ci ildə Qırğızıstanda qeydiyyata alınıb. Cinsin inkişafına 1970-ci illərdə Çuy bölgəsində yerləşən Maşın Sınaq Stansiyasında başlanılıb. Festivalda Tacikistandan gətirilən Hisar qoçları və yerli qaba yunlu qoyunlar da nümayiş etdirilib.

Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, "Araşan" qoyunları yüksək məhsuldarlığı, yumşaq və şirəli əti, eləcə də yağlı quyruğu ilə seçilir. Cins həm yüksək dağlıq ərazilərin, həm də düzənlik çöl şəraitinin iqliminə uyğunlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости