https://news.day.az/azerinews/1862273.html Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb. Day.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü

Azərbaycanca, 24 сентября 2026 13:31 (UTC +04:00) 211
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi

Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 24-də Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin sahilində keçirdiyi təlim zamanı təlim-döyüş tapşırığının icrası zamanı qeydə alınıb.

Məlumata görə, hadisə hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində baş verib.

İlkin məlumata əsasən, 19 hərbçidən 9-u ölüb, daha 3 hərbçi xilas edilib. Digər hərbçilərin axtarışı davam etdirilir.

Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər müvafiq xidmətlər iştirak edir.

Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, aviasiya general-leytenantı Daulet Kosanov rəhbərlik edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости