https://news.day.az/azerinews/1863625.html 12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-lə mübarizə çərçivəsində İraqda həyata keçirdiyi hərbi missiyanı başa çatdıraraq ölkədən çıxıb. Day.Az xəbər verir ki, bununla da koalisiya qüvvələrinin İraqdakı 12 illik hərbi fəaliyyəti sona çatıb.

12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı

Azərbaycanca, 30 сентября 2026 11:44 (UTC +04:00) 183
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-lə mübarizə çərçivəsində İraqda həyata keçirdiyi hərbi missiyanı başa çatdıraraq ölkədən çıxıb.

Day.Az xəbər verir ki, bununla da koalisiya qüvvələrinin İraqdakı 12 illik hərbi fəaliyyəti sona çatıb.

İraqın müdafiə naziri Yəhya Rəsul "Əl-Cəzirə"yə açıqlamasında koalisiya qüvvələrinin ölkəni tərk etdiyini bildirib. ABŞ-nin İraqdakı sonuncu 9 hərbi bazısından da çəkildiyi qeyd olunub.

ABŞ 2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsi məqsədilə İraqa müdaxilə edib. Amerika qoşunları 2011-ci ildə ölkədən çıxarılıb. Lakin 2014-cü ildə İŞİD-in İraqda geniş əraziləri ələ keçirməsindən sonra ABŞ hərbçiləri İraq hökumətinin dəvəti ilə terror təşkilatına qarşı mübarizə aparmaq üçün yenidən ölkəyə yerləşdirilib.

İŞİD-in 2017-ci ildə İraqdakı ərazi nəzarətini itirməsindən sonra Vaşinqton koalisiyanın ölkədəki hərbi missiyasına son qoymaq qərarını 2024-cü ildə açıqlayıb.

İraq və ABŞ həmin ilin sentyabrında koalisiyanın hərbi missiyasının başa çatdırılması ilə bağlı iki mərhələli keçid planı razılaşdırıb. Birinci mərhələ İraqdakı koalisiya missiyasının yekunlaşdırılaraq təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığa keçidi nəzərdə tutub.

İkinci mərhələdə isə İraqda yerləşən qüvvələrin Suriyada İŞİD-ə qarşı əməliyyatlara dəstəyini davam etdirməsi planlaşdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости