https://news.day.az/azerinews/1869042.html Ukrayna təyyarəsi Yaponiyada eniş zamanı yanıb Yaponiyanın Naqoya şəhəri yaxınlığındakı Çubu beynəlxalq hava limanında Ukraynaya məxsus yük təyyarəsi eniş zamanı yanıb. Day.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumata görə, hadisə oktyabrın 22-də yerli vaxtla saat 19:20 radələrində baş verib. Təyyarənin enişi zamanı gövdəsində alov müşahidə olunub.

Ukrayna təyyarəsi Yaponiyada eniş zamanı yanıb

Azərbaycanca, 23 октября 2026 11:29 (UTC +04:00) 368
Ukrayna təyyarəsi Yaponiyada eniş zamanı yanıb

Yaponiyanın Naqoya şəhəri yaxınlığındakı Çubu beynəlxalq hava limanında Ukraynaya məxsus yük təyyarəsi eniş zamanı yanıb.

Day.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 22-də yerli vaxtla saat 19:20 radələrində baş verib. Təyyarənin enişi zamanı gövdəsində alov müşahidə olunub. Təyyarə uçuş-enmə zolağında qısa müddət dayanıb, daha sonra zolağı tərk edib.

Hadisə ilə əlaqədar uçuş-enmə zolağı 15 dəqiqə müddətinə bağlanıb. Hazırda hava limanı normal rejimdə fəaliyyət göstərir.

Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır. Təyyarənin göyərtəsində daşınan yük barədə məlumat verilməyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости