Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar
Gözəllik xidmətləri göstərən şəxslər 5 il sadələşdirilmiş vergi ödəyicisi olacaqlar,
Day.Az APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Ətraflı
Layihəyə əsasən, gözəllik xidmətləri göstərən şəxslərə münasibətdə sadələşdirilmiş vergi dərəcələrinin tətbiqi hüququnun 5 il müddətinə verilməsi (nağd dövriyyə 8%, nağdsız dövriyyə 6%), habelə ƏDV ödəyicisi kimi gözəllik xidmətləri göstərən şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması təklif olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре