https://news.day.az/azerinews/1872288.html İrəvan Moskvanın rəhbərlik etdiyi iki təşkilatdan uzaqlaşır Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdan başqa seçimi yoxdur. Day.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib. "Hazırda Aİİ-dən çıxmaqdan başqa seçimimiz yoxdur.

İrəvan Moskvanın rəhbərlik etdiyi iki təşkilatdan uzaqlaşır

Azərbaycanca, 5 ноября 2026 15:34 (UTC +04:00) 235
İrəvan Moskvanın rəhbərlik etdiyi iki təşkilatdan uzaqlaşır

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdan başqa seçimi yoxdur.

Day.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

"Hazırda Aİİ-dən çıxmaqdan başqa seçimimiz yoxdur. Lakin proses artıq 2027-2028-ci illərdə Aİ-yə üzvlük prosedurunun başlanması üçün rəsmi müraciət edəcəyimiz mərhələyə yaxınlaşır", - deyə Ermənistan hökumətinin başçısı bildirib.

Paşinyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı heç bir marağının qalmadığını bəyan edib.

"Bir daha və qəti şəkildə bəyan etmək istəyirəm: KTMT ilə bağlı maraqlarımız tükənib. Artıq KTMT ilə əlaqəli heç bir marağımız yoxdur", - deyə Paşinyan noyabrın 5-də brifinqdə KTMT-nin baş katibinin bəyanatını şərh etmək xahişinə cavab olaraq bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости