https://news.day.az/azerinews/1874166.html MKA departament müdirinin işdən çıxarılması barədə məlumatları təkzib edib Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) İnsan Resursları Departamentinin müdiri Təranə Xəlilovanın işdən çıxarılması barədə bəzi media subyektlərində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə MKA məlumat yayıb.

MKA departament müdirinin işdən çıxarılması barədə məlumatları təkzib edib

Azərbaycanca, 13 ноября 2026 15:37 (UTC +04:00) 314
MKA departament müdirinin işdən çıxarılması barədə məlumatları təkzib edib

Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) İnsan Resursları Departamentinin müdiri Təranə Xəlilovanın işdən çıxarılması barədə bəzi media subyektlərində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə MKA məlumat yayıb.

Bildirilib ki, 2024-cü il oktyabrın 2-dən qurumda fəaliyyət göstərən Təranə Xəlilova yeni iş yerinə keçməsi ilə əlaqədar öz istəyi ilə vəzifəsindən ayrılıb.

Agentlik onun fəaliyyəti dövründə yüksək peşəkarlığı ilə fərqləndiyini qeyd edib.

 

MKA kütləvi informasiya vasitələrinin nümayəndələrini rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırıb.

Qeyd edək ki, daha əvvəl bəzi media subyektlərində Təranə Xəlilovanın fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar vəzifəsindən azad edildiyi iddia olunmuşdu.

 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости