https://news.day.az/azerinews/1874316.html Paşinyan gələn ay 3 dəfə Rusiyaya səfər edəcək Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır. Day.Az xəbər verir ki, "News.Am" portalının məlumatına görə, bu barədə o, Dublin Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı bildirib

Paşinyan gələn ay 3 dəfə Rusiyaya səfər edəcək

Azərbaycanca, 14 ноября 2026 10:28 (UTC +04:00) 122
Paşinyan gələn ay 3 dəfə Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır.

Day.Az xəbər verir ki, "News.Am" portalının məlumatına görə, bu barədə o, Dublin Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı bildirib

"Dekabr ayında Rusiyada üç dəfə olacağam, üç səfər edəcəyəm: dekabrın 3-də, 11-də və 22-də danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəyəm", - deyə Paşinyan bildirib.

O, İrəvanın Moskva ilə münasibətlərdə dostluq mühitini qoruyub saxlaya biləcəyinə ümidvar olduğunu ifadə edib.

Noyabrın əvvəlində Ermənistanın Baş naziri ölkəsinin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində olmadığını, lakin 2027-2028-ci illərdə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müraciət etməyi planlaşdırdığını açıqlayıb. Hakimiyyət referendumun keçirilməsi üçün zəruri prosedurlara hazırlığa başlayıb.

O, hakimiyyətin səsvermə zamanı vətəndaşlara alternativlər təklif etmək niyyətində olduğunu bir daha bəyan edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости