https://news.day.az/azerinews/1874332.html Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Day.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanca, 14 ноября 2026 11:15 (UTC +04:00) 189
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. 

Day.Az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır.

Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.

Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости