https://news.day.az/azerinews/1875585.html Azərbaycanda yeni BOKT-yə lisenziya verilib Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Hermes" bank olmayan kredit təşkilatı (BOKT) MMC-yə lisenziya verilib. Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Azərbaycanda yeni BOKT-yə lisenziya verilib

Azərbaycanca, 19 ноября 2026 15:15 (UTC +04:00) 296
Azərbaycanda yeni BOKT-yə lisenziya verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Hermes" bank olmayan kredit təşkilatı (BOKT) MMC-yə lisenziya verilib.

Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, lisenziya təşkilata kreditlərin verilməsi və "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan digər fəaliyyət növləri ilə qanunvericiliyə uyğun şəkildə məşğul olmaq hüququ verir.

AMB-nin açıqladığı məlumatlara əsasən, "Hermes" BOKT-nin lisenziya nömrəsi BKT-52-dir. Lisenziya 12 noyabr 2026-cı il tarixində verilib.

Təşkilatın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 36-dır.

BOKT-nin idarəetmə strukturu da açıqlanıb. Belə ki, Müşahidə Şurasının sədri Emil Sabir oğlu Rzayev, üzvləri isə Kamran Vaqif oğlu Quliyev və Vüqar Çərkəz oğlu Məmmədovdur.

Audit Komitəsinin sədri Kamran Vaqif oğlu Quliyev, üzvləri isə Baxış Məmmədəli oğlu Məlikov və Vüqar Çərkəz oğlu Məmmədov təyin olunublar.

Təşkilatın təкbaşına rəhbəri Həmid Mövsüm oğlu Mirzəyev, baş mühasibi Sədaqət Narulla qızı Bünyatova, daxili auditoru isə Elmin Fərhad oğlu Xankişiyevdir.

Qeyd edək ki, Mərkəzi Bankın BOKT-lərə münasibətdə nəzarət fəaliyyəti kredit sektorunda maliyyə sabitliyinin və qanunvericilik tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətlərindən biridir.

AMB-nin məlumatına əsasən, 2026-cı il avqustun 1-nə Mərkəzi Bankın banklara və bank olmayan kredit təşkilatlarına xalis tələbləri 5,077 milyard manat təşkil edib.

Trend-in AMB-nin məlumatları əsasında hesablamasına görə, bu göstərici iyulun 1-i ilə müqayisədə 672,8 milyon manat və ya 11,7 faiz azalıb. Ötən ilin avqustun 1-i ilə müqayisədə isə xalis tələblər 2,8 milyard manat və ya 35,5 faiz azalıb.

Müqayisə üçün, 2026-cı il iyulun 1-nə AMB-nin banklara və BOKT-lərə xalis tələbləri 5,749 milyard manat, 2025-ci il avqustun 1-nə isə 7,866 milyard manat olub.

Hazırda AMB-nin reyestrində 50-dən çox lisenziyalı BOKT fəaliyyət göstərir. Onların arasında "Aqrarkredit" QSC BOKT, "PARA" BOKT ASC, "FİNCA Azerbaijan" QBKT, "KredAqro" BOKT MMC, "FinEx Kredit" BOKT ASC, "AzFinans" BOKT MMC, "İrşad BOKT" MMC, "AZPUL" BOKT MMC və "Nova Credit BOKT" MMC də yer alır.14:40

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости