https://news.day.az/azerinews/1875593.html Soltanlı və Cahangirbəyli kəndlərinə növbəti köç karvanları çatıb Noyabrın 19-da işğaldan azad edilmiş ərazilərə yola salınan növbəti köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.

Soltanlı və Cahangirbəyli kəndlərinə növbəti köç karvanları çatıb

Azərbaycanca, 19 ноября 2026 15:45 (UTC +04:00) 284
Soltanlı və Cahangirbəyli kəndlərinə növbəti köç karvanları çatıb

Noyabrın 19-da işğaldan azad edilmiş ərazilərə yola salınan növbəti köç karvanları Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə Soltanlı kəndinə qayıdan 80 nəfərdən ibarət 16 ailəyə, Cahangirbəyli kəndinə köçən isə 75 nəfərdən ibarət 19 ailəyə mənzillərinin açarları təqdim edilib.

Açarların təqdim olunması mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости