https://news.day.az/azerinews/1875595.html Qazaxda baş verən qəza ilə bağlı yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ - VİDEO Dünən Qazaxda baş verən faciənin ardından Baş Dövlət Yol Polisi İdarəsi hər bir sürücüyə səslənir. Sükan arxasında verdiyiniz qərar bir ailənin taleyini dəyişə bilər. Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir. Bildirilib ki, avtomobildə yanınızda əyləşən uşaq sizə güvənir.

Qazaxda baş verən qəza ilə bağlı yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ - VİDEO

Azərbaycanca, 19 ноября 2026 15:52 (UTC +04:00) 262
Qazaxda baş verən qəza ilə bağlı yol polisi sürücülərə

Dünən Qazaxda baş verən faciənin ardından Baş Dövlət Yol Polisi İdarəsi hər bir sürücüyə səslənir. Sükan arxasında verdiyiniz qərar bir ailənin taleyini dəyişə bilər.

Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.

Bildirilib ki, avtomobildə yanınızda əyləşən uşaq sizə güvənir. Qarşıdan gələn avtomobildə də evinə, doğmalarının yanına qayıdan insanlar var. Onların sağ-salamat mənzil başına çatmasında sizin də məsuliyyətiniz var.

"Avtomobil mənimdir, necə istəyirəm, elə də sürərəm" düşüncəsi yolda başqalarının həyatını təhlükəyə atır. Avtomobil sizə məxsusdur. Yol isə hamımızındır. Yol yarış yeri deyil.

Hörmətli sürücülər, müəyyən edilmiş sürət həddinə, ötmə və manevr qaydalarına ciddi əməl edin. Ötmənin təhlükəsiz olduğuna əmin deyilsinizsə, gözləyin. Bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alan sərnişinə şəfa diləyirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости