https://news.day.az/azerinews/1875631.html Yeməkdən dərhal sonra etməməli olduğunuz 3 hərəkət Yeməkdən sonra bəzi gündəlik vərdişlər sağlamlığa mənfi təsir göstərə bilər. Day.Az xəbər verir ki, mütəxəssislər xüsusilə dişləri dərhal fırçalamaq, uzanmaq və intensiv fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinməyi tövsiyə edirlər.

Yeməkdən dərhal sonra etməməli olduğunuz 3 hərəkət

Azərbaycanca, 20 ноября 2026 01:24 (UTC +04:00) 215
Yeməkdən dərhal sonra etməməli olduğunuz 3 hərəkət

Yeməkdən sonra bəzi gündəlik vərdişlər sağlamlığa mənfi təsir göstərə bilər.

Day.Az xəbər verir ki, mütəxəssislər xüsusilə dişləri dərhal fırçalamaq, uzanmaq və intensiv fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinməyi tövsiyə edirlər.

Turşulu qidalar, xüsusilə sitrus meyvələri qəbul etdikdən sonra dişləri fırçalamaq mina qatına zərər verə bilər. Stomatoloqlar fırçalamaq üçün təxminən 30 dəqiqə gözləməyi, bu müddətdə isə ağızı adi su ilə yaxalamağı məsləhət görürlər. Yeməkdən dərhal sonra uzanmaq da mədə turşusunun qida borusuna keçməsini asanlaşdıraraq qıcqırmaya səbəb ola bilər.

Bundan başqa, doyurucu yeməkdən sonra ağır idman hərəkətləri mədədə narahatlıq və spazm yarada bilər. Mütəxəssislər əsas yeməkdən sonra idman üçün 3-4 saat, yüngül qəlyanaltıdan sonra isə 1-2 saat gözləməyi tövsiyə edirlər. Həmçinin sonuncu yeməklə yuxu arasında təxminən 3 saat fasilə saxlamaq məsləhət görülür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости