Sarımsağın qabığını saniyələr içində soymağın sadə üsulu
Sarımsağın qabığını soymaq üçün vaxt itirmək istəməyənlər mikrodalğalı sobadan istifadə edə bilərlər.
Day.Az xəbər verir ki, kulinariya mütəxəssislərinin sözlərinə görə, sarımsağın bir neçə saniyə qızdırılması qabığın daha asan ayrılmasına kömək edir. Bu üsul həm bütöv sarımsaq başına, həm də ayrı-ayrı dişlərə tətbiq oluna bilər.
Bunun üçün sarımsaq dişlərini mikrodalğalı sobaya uyğun boşqaba qoyaraq 5-10 saniyə qızdırmaq kifayətdir. Bütöv sarımsaq başı üçün isə təxminən 20 saniyə vaxt tələb oluna bilər. Qızdırıldıqdan sonra bir qədər soyumasını gözləmək və dişlərə yüngülcə təzyiq göstərmək lazımdır. Həddindən artıq qızdırılma sarımsağın qismən bişməsinə səbəb ola bilər.
Qeyd olunur ki, istilik sarımsağın kəskin dadına və ətrinə təsir göstərə bilər. Buna görə bu üsul daha çox bişirilən yeməklər üçün uyğundur. Çiy sarımsaq tələb edən salat və souslarda ənənəvi təmizləmə üsulundan istifadə etmək məsləhətdir. Alternativ olaraq sarımsağı bıçağın yastı tərəfi ilə yüngülcə əzmək və ya qapaqlı qabda silkələmək də mümkündür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре