https://news.day.az/azerinews/1875664.html Cüdoçumuz dünya çempionatını bürünc medalla başa vurub - FOTO Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Məhəmməd Musayev bürünc medal qazanıb. Cüdo Federasiyasından verilən məlumata görə, -66 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb.

Cüdoçumuz dünya çempionatını bürünc medalla başa vurub - FOTO

Azərbaycanca, 19 ноября 2026 19:47 (UTC +04:00) 162
Cüdoçumuz dünya çempionatını bürünc medalla başa vurub

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Məhəmməd Musayev bürünc medal qazanıb.

Cüdo Federasiyasından verilən məlumata görə, -66 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. O, ilk görüşündə danimarkalı Maqni Lauritseni, növbəti qarşılaşmada isə Əlcəzair təmsilçisi Mohamed Amine Degouahı məğlub edib.

1/4 final mərhələsində ötən ilin gənclər arasında dünya çempionu, Gürcüstan təmsilçisi Tornike Qiqauri ilə qarşılaşan Məhəmməd Musayev hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanaraq yarımfinala yüksəlib.

Finala vəsiqə uğrunda görüşdə rusiyalı Abdullax Parçiyevə məğlub olan idmançımız bürünc medal uğrunda qarşılaşmada digər Rusiya təmsilçisi İslam Sultiqovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Musayev dünya çempionatının bürünc medalına sahib çıxıb.

Beləliklə, Məhəmməd Musayev ardıcıl ikinci ildir ki, gənclər arasında dünya çempionatında bürünc medal qazanır. O, ötən il Perunun paytaxtı Limada keçirilən dünya çempionatında da eyni nəticəni göstərib.

  • Cüdoçumuz dünya çempionatını bürünc medalla başa vurub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости