https://news.day.az/azerinews/1876634.html BDU-da 9 fakültəyə dekan seçiləcək Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub. Day.Az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

BDU-da 9 fakültəyə dekan seçiləcək

Azərbaycanca, 24 ноября 2026 10:24 (UTC +04:00) 186
BDU-da 9 fakültəyə dekan seçiləcək

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.

Day.Az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.

Müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında aparılacaq.

Müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости