https://news.day.az/azerinews/1876705.html Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur – Gündüz İsmayılov Azərbaycan dastanlarında qadın və kişi həyatda birgə addımlayan ailə tərəfdaşları kimi təsvir olunur.

Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur – Gündüz İsmayılov

Azərbaycanca, 24 ноября 2026 12:33 (UTC +04:00) 174
Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur

Azərbaycan dastanlarında qadın və kişi həyatda birgə addımlayan ailə tərəfdaşları kimi təsvir olunur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çərşənbə axşamı "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda konfransın "Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü" adlı panel müzakirəsində deyib.

O bildirib ki, Azərbaycan xalqının xüsusiyyətlərini, qadın və kişinin xarakterini folklor nümunələrində görmək mümkündür. Sədr müavini bu baxımdan "Dədə Qorqud", "Koroğlu" və digər dastanlarda qadının ailədəki roluna diqqət çəkib.

"Folklorumuz Azərbaycan qadınının bütöv obrazını əks etdirir. Qadın Tanrıya bənzədilir, ana haqqı Tanrı haqqı ilə eyniləşdirilir. Yaratmaq qabiliyyəti həm yaradana, həm də qadına aid edilir. Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur. Onun bir qadını var və onlar həyatda birlikdə addımlayırlar. Digər türkdilli xalqların folklorunda da bu xüsusiyyətə rast gəlinir", - deyə Gündüz İsmayılov bildirib.

Sədr müavini qadınların dini tolerantlıq ənənələrinə verdiyi töhfələrdən də danışıb. Onun sözlərinə görə, 1899-cu ildə Bakıda, Bülbül adına Musiqi Məktəbinin yerləşdiyi ərazidə inşa edilən pravoslav kilsəsinin tikintisinə azərbaycanlı qadınlar zinət əşyalarını bağışlayaraq dəstək veriblər. Kilsənin qübbələri həmin qızıllar hesabına tikilib.

Gündüz İsmayılov Nabat xanım Aşurbəyovanın Təzəpir məscidinin tikintisinə öz mehriyyəsindən vəsait ayırdığını da xatırladıb. Onun sözlərinə görə, Şəmsi Əsədullayev, Hacı Sultanəli və Murtuza Muxtarov Nabat xanıma kömək təklif ediblər. Nabat xanım isə onlara "Əgər bu qədər qeyrətlisinizsə, birini də özünüz tikin" cavabını verib.

İsmayılovun sözlərinə görə, Nabat xanım kilsəyə münasibətdə tolerantlıq nümayiş etdirir, eyni zamanda Bakının müsəlman şəhəri olduğunu nəzərə alaraq kilsənin şəhərin simvoluna çevrilməsini istəmirdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости