Şou nüməyəndələrinin 2016 planı: Nələr olacaq?

Day.Az представляет новость на азербайджанском языке
Sənət aləminin tanınmış simaları 2016-cı ildə də pərəstişkarlarının qarşısına yeniliklərlə çıxacaqlar.
Axşam.az sorğu apararaq, məşhurların builki planlarını soruşub:
Xalq artisti Faiq Ağayev:
"2016-cı ildə yeni mahnılarım olacaq. Dinləyicilərimi bunlarla sevindirəcəm".
Xalq artisti Aygün Kazımova:
"Türkiyə ilə layihələrim davam edəcək. İlin ilk günlərində "Səni belə sevmədilər" mahnıma klip çəkdirəcəm. Bunun üçün Türkiyədən Bakıya böyük yaradıcı heyət gələcək".
Xalq artisti Nazpəri Dostəliyeva:
"Bu il bir çox layihələr reallaşdıracam. Bunlar arasında Türkiyə ilə bağlı planlar da var. Qardaş ölkədən bir neçə təklif almışam. İçlərindən mənə uyğun olanını seçib, qəbul edəcəm".
Əməkdar artist Manana:
"Yeni mahnılarım, səfərlərim olacaq. Ola bilsin ki, tamaşaçılar bu il məni başqa ampulada da görsünlər. Aktrisalıq fəaliyyətim olacaq. Bəlkə komediya filmində də çəkildim".
Əməkdar artist Lalə Məmmədova:
"Ötən il norveçli bir fotoqrafla maraqlı layihə etdik. 2016-cı ildə isə stilist Elnur Həsənovla birlikdə maraqlı layihə edəcəyik. Arzularım çoxdur, amma qayğılarım da var. İstədiklərimi tam reallaşdıra bilmirəm. "Dan ulduzu" ansamblı ilə yaxşı layihəmiz olacaq".
Əməkdar artist Röya Ayxan:
"2016-cı ildə Türkiyədəki layihələrim davam edəcək. Orada heç kimin ağlına gəlməyən bir müğənni ilə duet oxuyacam".
Müğənni Zamiq Hüseynov:
"Bu il həyatımda dəyişiklik olacaq. Evlənməyi düşünürəm. Toy olacaq. Bir də yeni mahnılar, kliplər təqdim edəcəyəm".
Müğənni-bəstəkar Murad Arif:
"2015-ci ildəki fəaliyyətimdən məmnunam. Hit mahnılarım oldu. Şəxsi həyatımda da böyük üstünlüklər oldu, xoşbəxtəm. Bu il də eyni gözəllikləri yaşamağı ümid edirəm".
Rəqqasə Fatimə Fətəliyeva:
"Ötən il dayanmadan çalışdım, yeni layihələr təqdim etdim. İnanıram ki, 2016-cı il də uğurlu olacaq. Bu il "Banu" rəqs məktəbinin konsertini edəcəm. Rəşid Behbudov adına Teatrda baş tutacaq. Bu dəfə səhnəyə tələbələrim çıxacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре