50 yaşlı kişi özünü asdı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, dünən saat 17 radələrində Xətai rayonunda qeydiyyatda olan, 1966-cı il təvəllüdlü Salmanov Ələmdar Oruc oğlu özünü Pirallahı qəsəbəsində asaraq intihar edib. Pirallahıda yaşayan 50 yaşlı kişinin asılı vəziyyətdə qalmış meyidi Səməd Vurğun küçəsindəki fərdi evin həyətindəki talvardan tapılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.