"Rusiya bütün ölkələrin hava sərhədlərinə hörmət etməlidir"

Day.Az представляет новость на азербайджанском языке

"Hava sahəsinin pozulması hadisəsini gizlətmək və ya olmayanı olmuş kimi göstərmək mümkün deyil. Rusiyanın bəzi sərhəd pozmalarını gizlətməsi də mümkün deyil".
 
Day.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
 
Davudoğlu sonuncu dəfə qısamüddətli sərhəd pozmasının baş verdiyini, bunun həm NATO, həm də Türkiyə radarlarında qeyd alındığını da xatırladıb.
 
Hazırda Türkiyənin Rusiya ilə gərginliyi artırmaq fikri olmadığını deyən baş nazir eyni zamanda ölkəsinin həmişə öz hava sahəsini
qorumağa həssasiyyət göstərəcəyini vurğulayıb.
 
"Rusiyaya bir daha xəbərdarlıq edirik, istər Suriyadakı konstruktiv müxalifətə verdiyi zərər, istərsə də Türkiyə hava sahəsini pozmağa yönəlik təhdidkar mövqeyi Rusiyanın xeyrinə deyil" deyə, baş nazir bildirib.
 
Davudoğlu qeyd edib ki, Suriyada baş verənlərdə "Əsəd rejimi ilə İŞİD eyni dərəcədə günahkardır".  O, bundan sonra da Suriya müxalifətinə dəstəyi davam etdirəcəklərini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.