Məşhur idmançı intihar etdi

Day.Az представляет новость на азербайджанском языке.

Dünyanın ən məşhur velosipedçi-ekstremalı, "VMX əfsanə" adlandırılan amerikalı Deyv Mirra ABŞ-ın Şimali Karolina ştatındakı Qrinvill şəhərində intihar edib.

Milli.Az Qrinvil şəhər polis departamentinin Facebook səhifəsinə istinadən bildirir ki, 41 yaşlı canlı əfsanə avtomobilində özünü güllələyib. 

İntihardan bir qədər əvvəl o, dostlarının evində qonaq idi.

Dünyanın ən məşhur ekstremal velosipedçilərindən biri olan D.Mirra Ümumdünya Ekstremal Oyunlarında (X Games) 24 medal, o cümlədən 14 qızıl medal qazanıb.

Onun şərəfinə bir neçə videooyun da var. Bundan başqa, D.Mirra ekstremal idman növlərinə həsr olunmuş bir neçə populyar teleşounun, o cümlədən "The Challenge"in və "Real World/Road Rules Challenge"in aparıcısı idi.

"Onun istedadı dünyanın hər yerində milyonlarla insanın həyatına təsir etmişdi", - Qrinvillin meri Alen Tomas deyib.

Deyv Mirranın iki övladı vardı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.