Almaniyada qatarlar toqquşdu: 9 ölü, 150 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке
---------
16:55
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, qatar qəzasında ölənlərin sayı 9-a çatıb.
---------
12:29
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, qatar qəzasında ölənlərin sayı 8-ə, yaralıların isə 150-yə çatıb. Agentlik bu barədə yerli polisə və KİV-lərə istinadən məlumat verib.
--------
12:19
Milli.Az Bavariya vilayətinin polis idarəsinin Twitter akkauntuna istinadən bildirir ki, qatarların toqquşması nəticəsində 6 vaqon aşıb. Vaqonlar sərnişin qatarında olublar.
Hazırda polis, xilasetmə xidməti və təcili yardımın 5 helikopteri olay yerindədir.
Qəzaya görə Holskirzen-Rozenhaym istiqamətində qatarların hərəkəti dayandırılıb.
---------
12:08
Milli.Az ZDF-ə istinadən bildirir ki, Almaniyanın cənubunda, Bavariya əyalətinə, Münhen şəhərinin yaxınlığında iki qatarın toqquşması nəticəsində 4 nəfər həlak olub.
Qəza Bavariyanın cənubunda, Münhendən 60 km cənub-qərbdəki Bad Aibling yaxınlığında yaşanıb.
Süddeutsche Zeitung-un məlumatına görə, 20 nəfər yaralanıb. Onların 8-nin vəziyyəti ağırdır.
Münhen şəhər polisindən verilən xəbərə görə, hadisə yerində hazırda xilasetmə və təcili yardım xidmətlərinin 100 əməkdaşı çalışır.
Son məlumata görə, yaralıların sayı 100-ə çatıb.
---------
12:06
Almaniyanın Bavariya əyalətində dəmiryol qəzası baş verib.
Milli.Az Bild-ə istinadən bildirir ki, qatarların toqquşması nəticəsində ölən və yaralananlar var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре