Gürcüstan-ABŞ-Britaniya hərbi təlimləri başlanıb - VİDEO - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Gürcüstanda birgə Gürcüstan-ABŞ-Britaniya hərbi təlimləri başlanıb.
Milli.Az xəbər verir ki, Vaziani poliqonunda keçirilən, mayın 26-dək davam edəcək "Noble Partner 2016" təlimlərinə ABŞ Silahlı Qüvvələrinin "Abrams" tankları və "Bradley" döyüş maşınları da cəlb olunub.
Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ-ın döyüş texnikası Gürcüstana Bolqarıstanın Varna limanından bərələrlə daşınıb.
Təlimlərdə 1300 hərbçi, o cümlədən ABŞ-ın Avropa Komandığından 650 hərbçi, 500 gürcü və 150 britaniyalı hərbçi iştirak edir.
"Noble Partner 2016"nın məqsədi Gürcüstanın da daxil olduğu NATO-nun çevik qüvvələrinin əməliyyatlarında iştirak üçün gürcü əsgər və zabitləri hazırlamaqdır.
Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlunun dediyinə görə, Gürcüstanın NATO-ya üzv qəbul olunması ilə bağlı müraciət bu ay Şimali Atlantika Alyansı ölkələrinin XİN başçılarının toplantısında müzakirə ediləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре