"Ceyms Bond"a 150 milyon dollar təklif edilib

Day.Az представляет новость на азербайджанском языке

Ceyms Bond barədə filmə çəkilən və layihədə sonrakı iştirakdan imtina edən britaniyalı aktyor Deniel Kreyq öz qərarını dəyişə bilər.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, "Agent 007" silsiləsindən iki növbəti filmdə çəkilmək üçün Deniel Kreyqə 150 milyon dollar qonorar ödənilə bilər. Xatırladaq ki, filmin son hissəsi üçün aktyorun qonorarı 65 milyon dollar təşkil edib.

"Bondiana"nın dörd seriyasında rol alan Deniel Kreyq əvvəllər bir daha layihəyə qayıtmaq fikrində olmadığını bildirirsə də, sonradan qərarını dəyişə biləcəyini demişdi.

Xarici KİV-lərin məlumatına əsasən, "Sony" studiyası Kreyqin layihəyə qayıtması üçün əlindən gələni edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.