"Yüksek sosyete"nin aktrisası yeni filmdə
Day.Az представляет новость на азербайджанском языке
"Yüksek sosyete" serialında "Cansu" obrazını canlandıran Hazar Ergüçlü yeni filmdən baş rol təklifi alıb.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, 24 yaşlı aktrisa Nuri Bilge Ceylanın "Ahlat ağacı" filmində oynayacaq.
Hazarın hansı obrazı canlandıracağı bilinməsə də, onun baş roldakı tərəf müqabilinin adı "Sinan" olacaq. Filmin çəkilişlərinin yaxında başlayacağı bildirilir.
Nuri Bilge deyib ki, film ata və oğulun eyni taleyi yaşamasından bəhs edəcək.
Qeyd edək ki, H.Ergüçlü "Yüksek sosyete"dəki işindən ayrılmadan yeni filmin çəkilişlərinə qatılacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре