https://news.day.az/azerinews/831113.html Miranda Kerrin villasında atışma: yaralılar var - FOTOLAR

Miranda Kerrin villasında atışma: yaralılar var - FOTOLAR

Azərbaycanca, 15 октября 2016 09:25 (UTC +04:00) 1 962
Miranda Kerrin villasında atışma: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur modellərindən biri, 33 yaşlı avstraliyalı Miranda Kerrin Malibudakı (Los-Anceles, ABŞ) villasında atışma olub. Dünən naməlum şəxs modelin malikanəsinə soxulmağa cəhd göstərib. Mühafizəçilərdən biri bunu görüb və bədəməlin qarşısını almağa çalışıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, quldur ələ keçəcəyini anlayaraq mühafizəçini vurmağa başlayıb. Az sonra isə o, əlindəki bıçaqla mühafizəçinin gözündən vurub.

Ağır yaralı mühafizəçi tapançasını çıxararaq quldura bir neçə dəfə atəş açıb. Los-Anceles Polis Departamentindən verilən məlumata görə, quldur sinəsindən, belindən və başından 4 güllə yarası alıb.

Mühafizəçi polis çağırıb. Bir qədər keçəndən sonra hadisə yerinə təcili yardım briqadaları gəlib. Yaralı mühafizəçi və quldur hospitala aparılıb. Quldurun reanimasiya bölməsində kritik durumda olduğu deyilir.

Bu şəxsin çılğın fanat, yaxud Miranda Kerri qarət etmək istəyən cinayətkar olduğu bəlli deyil.

Dünyada ən çox qazanan modellərdən olan Miranda Kerr ən gənc milyarder, Snapchat servisinin banisi Evan Şpigellə nişanlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Miranda Kerrin villasında atışma: yaralılar var

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости