Kişi arvadını bıçaqladı, uşağı olan evi yandırdı, özü intihar etdi

Day.Az представляет новость на азербайджанском языке

Çelyabinsk vilayətində dəhşətli cinayət qeydə alınıb.

Day.Az modern.az-a istinadən bildirir ki, kişi arvadını öldürmək məqsədilə bıçaqlayıb.
 
Bundan sonra o, içində bir yaşlı oğlunun olduğu evi yandırıb. Məlumatda qeyd edilir ki, arvadı ilə mübahisə zamanı kişi ona bir neçə bıçaq zərbəsi vuraraq evdən qovub.
 
Qəzəblənən ər bundan sonra bir yaşlı oğlunun olduğu evi yandıraraq evinin həyətində intihar edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.